"Qarabağ"a başqan təbriki

"Qarabağ"a başqan təbriki
"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl ölkə xaricində olduğundan "İnter"lə oyunu izləyə və çempionluq matçının şahidi ola bilməmişdi. Fanat.az xəbər verir ki, klub rəhbəri oyun başa çatar-çatmaz baş məşqçimiz Qurban Qurbanova zəng edib.
Gözəl baş məşqçinin timsalında bütün komandanı təbrik edərək, "Qarabağ"ın camiənin təsəllisi, qürur mənbəyi olduğunu bildirib. Bu çempionluğu möhtəşəm olay kimi dəyərləndirən başqan uğurların davam etməli olduğunu söyləyib. O, "Qarabağ" adını ən dolğun şəkildə, layiqli və qürurla avrokubokda təmsil etməyin gərəkliyini vurğulayıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər