"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl daim komandaya mənəvi dəstəyini əsirgəmir. Uğurlu gündə də, uğursuz məqamda da komandanın yanında olan başqan ənənəsinə yenə sadiq qalıb.
Çempionlar Liqasının II təsnifat mərhələsində səfərdə "Valletta" ilə qarşılaşan "Qarabağ" görüşdən 1:0 qalib ayrılmışdı. Bakıya dönər-dönməz komanda ilk məşqinə çıxıb. Fanat.az xəbər verir ki, ilk məşqdəcə Tahir bəy "Qarabağ" ziyarət edib.
Komanda üzvləriylə görüşən başqan ilk oyundakı qələbə münasibətiylə futbolçuları təbrik edib. Qələbənin vacib olduğunu vurğulayan Tahir bəy hələ heç nəyin bitmədiyini vurğulayıb. 1:0-ın sürüşkən hesab olduğunu bildirsə də, komandaya inandığını və sona qədər dəstəklədiyini deyib. "Qarabağ"ın növbəti tura çıxacağına əminliyini ifadə edən Gözəl komandaya inamını bir daha nümayiş etdirib.
Fanat.az