“Zalsburq”un futbolçusu Kevin Kempl "Qarabağ"la oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, Sloveniya yığmasının üzvü Azərbaycan çempionuna 5 qol vurmaq imkanlarının olduğunu bildirib:
"Bizi 1:0 hesablı qələbə də qane edirdi. Amma biz 2:0 hesabı ilə qalib gələ bildik. 5 qol vurmaq imkanımız var idi. Amma biz bu fürsətlərdən yararlana bilmədik. "Qarabağ" cəmi 2 dəfə qapımız önündə təhlükə yarda bildi. Səfərdə 1:2 hesabı ilə uduzduqdan sonra bizdə də bir az gərginlik vardı. Lakin sonda istəyimizə çata bildik. Fikrimcə, növbəti mərhələyə çıxmağa biz layiq idik".
Fanat.az