"Qarabağ"a 2 mükafat birdən

"Qarabağ"a 2 mükafat birdən

2014-cü il arxada qalsa da, geridə buraxdığımız illə bağlı tədbirlər davam edir. Fanat.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi və "Sportsman" jurnalının təsis etdiyi "Zəfər" yüksək idman nailiyyətləri layihəsində ötən ildə fəqlənənləri təltif ediblər. 

Ötən il Azərbaycan çempionu olan, avrokuboklarda uğurlu çıxış edən "Qarabağ" da 2 nominasiyada fərqlənib. Artıq, 10 ildən çoxdu "Qarabağ"ın vitse-prezidenti olan Tahir Gözəl Azərbaycan futbolunun inkişafındakı xidmətlərinə görə təltif olunub.

"Qarabağ" tədbirdə daha bir mükafat alıb. Ağdan təmsilçisi "İlin idman klubu" mükafatını alıb. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər