"Qarabağ" "Zalsburq"la cavab matçına iki əskiklə çıxacaq. Fanat.az xəbər verir ki, Admir Teli və Reynaldo Avstriyadakı görüşdə meydana çıxa bilməyəcək.
Hər iki futbolçu bu gün keçirilən ilk matçda qırmızı vərəqə alıb. Rəşad Sadıqov meydanda olmadığından kaptan sarğısını daşıyan Teli 42-ci, ikinci qolun müəllifi Reynaldo isə 88-ci dəqiqədə meydandan qovulub.
Qeyd edək ki, "Qarabağ" "Zalsburq"u ilk oyunda 2:1 hesabı ilə yenib.
Fanat.az