"Qarabağ"ın rəsmi saytının dizaynı dəyişdirilib. Fanat.az xəbər verir ki, yeni dizaynda bəzi yeniliklər var.
Belə ki, sayt artıq Azərbaycan dili ilə yanaşı, ingilis dilində də xəbərlər yayımlayır. Bundan başqa, "Qarabağ TV"də fəaliyyətə başlayır.
"Qarabağ"ın saytındakı yeniliklər:
1. Oyun paneli - Canlı şərh (Bütün oyunlar müəyyən olunmuş interval ilə canlı şərh edilir) Statistika - (Oyun ərzində oyunun statistikası və futbolçuların oyun ərzində hansı hadisələrdə yadda qaldığı dəqiqə ilə qeyd olunur - qol, əvəzləmə, vərəqələr,fotolar və videolar)
2. YouTube kanalını tam dəstəkləyir - Bu kanalda PlayListlərə daxil olaraq keçmiş oyunların videoicmalına baxa bilərsiniz.
3. TV də canlı verilməyən oyunları sayt vasitəsi ilə canlı izləmə şansı olacaq.
4. Hər bir futbolçu üçün individual səhifə var. Burda futbolçunun mövsüm ərzində göstərdiyi statistik göstəricilər qeyd olunur. (Oyunda iştirak sayı, qollar, vərəqə sayı, meydanda olma - dəqiqə ilə və s.)
5. Sayt iki dildə fəaliyyət göstərəcək - Azərbaycan və İngilis
6. Avropa Liqası, Çemiponlar Liqası və yoldaşlıq görüşlərinin videoicmalı adı çəkilən səhifələrdə yer alacaq
7. Tezliklə FanShop fəaliyyətə başlayacaq.
8. Saytda sosial şəbəkələrdə olan rəsmi hesablara keçidlər mövcuddu.
Fanat.az