"Qarabağ" yenidən məşqlərə başlayıb. Fanat.az xəbər verir ki, Avstriyada təlim-məşq toplanışında olan komanda dünən istirahətlə etmişdi.
Baş məşqçi Qurban Qurbanov "Krasnodar"la iyunun 28-də baş tutan hazırlıq matçından sonra futbolçulara bir gün iştirahət imkanı yaratmışdı. Bu gündən isə 2 məşqlə hazırlıqlara start verilib. Komanda səhər məşqinə ənənəvi olaraq yerli vaxtla 10.30-da (Bakı vaxtı ilə 13.30) yollanyıb. Axşam məşqi isə Bakı vaxtı ilə saat 20.30-da başlayacaq.
Fanat.az