"Qarabağ"ın isveçrəli futbolçu İnnosent Emeqaranı heyətinə qatması barədə xəbər vermişdik. Fanat.az xəbər verir ki, İsveçrə mətbuatı bu transferə biganə qalmayıb.
Belə ki, blick.ch saytı bu keçiddən yazıb. Həmkarlarımızın iddiasına görə, müqavilənin dəyəri 500 min avrodu.
Qeyd edək ki, "Qarabağ" Emeqara ilə ilin sonunadək müqavilə imzalayıb. Qurban Qurbanov ondan razı qalsa, anlaşmanın müddəti uzadılacaq.
Fanat.az