"Qarabağ" vətənə qayıtdı

"Qarabağ" vətənə qayıtdı

"Qarabağ" Avstriyada təlim-məşq toplanışını başa vururaq Bakıya qayıdıb. 

Fanat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, səhər saatlarında Almaniya ilə sərhəddə yerləşən Kössen qəsəbəsindən ayrılan komanda Münhen şəhərinə yollanıb. 

Münhen-İstanbul-Bakı reysi ilə hərəkət edən "Qarabağ" axşam saatlarında vətənə çatıb. Komanda sabahdan etibarən Çempionlar Liqasının II mərhələsində qarşılaşacağı Lüksemburqun "Düdelanj" klubu ilə oyunun hazırlıqlarına start verəcək.

Xatırladaq ki, "Qarabağ" 17 günlük toplanışda 3 yoxlama oyunu keçirib. İlk oyunda yerli "Vakker İnsbruk"a 0:1 hesabı ilə məğlub olan komanda ikinci matçda Rusiya "Zenit"inə eyni hesabla qalib gəlib. Son matçda isə komanda Albaniya çempionu "Şkenderbeu"ya minimal fərqlə məğlub olub 0:1.

Qeyd edək ki, iyulun 12-də Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Düdelanj" matçı saat 21:00-da başlayacaq. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər