Avropa Liqasının pley-off mərhələsində baş tutacaq "Qarabağ" - "Tvente" oyunöncəsi iki klub rəhbərliyinin görüşü baş tutub. Fanat.az xəbər verir ki, iki qardaş klub rəhbərləri 5 il sonra yenidən bir araya gəlib.
"Qarabağ"ın vitse-prezidenti Tahir Gözel, "Azersun Holding"in rəhbərlərindən Fevzihan Arasla "Tvente"nin prezidenti Yoop Munsterman süfrə arxasına toplaşıblar. Dostluq və qardaşlıq şəraitində keçən görüş sonrası tərəflər xatirə şəkli çəkdiriblər.
Fanat.az