"Qarabağ" uğur qazanmaq üçün gəlmişəm"

"Qarabağ" uğur qazanmaq üçün gəlmişəm"
"Bilirəm ki, "Qarabağ" olduqca iddialı və ambisiyaları olan klubdu. Ötən mövsüm Avroliqada "Sent-Etyen" və "İnter"lə oyunlarını izləmişəm. Yeni komandam baxımlı futbol oynayır. Daim hücumda oynamağı sevir. Ona görə də doğru ünvana gəldiyim qənaətindəyəm". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın yeni transferi Alharbi El Jadeyui deyib.
"Lans"dan "Qarabağ"a gələn və bu gün 2 illik müqavilə imzalayan mərakeşli futbolçu fikirlərini klubun rəsmi saytına bildirib. Alharbi "Qarabağ"a uğur qazanmaq üçün gəldiyini deyib: "Bilirəm ki, yeni gələn futbolçudan azarkeşlər çox şey gözləyir. İlk məqsədim komandaya tez adaptasiya olub  meydana çıxmaqdı. Çempionlar Liqasında maksimum uğur qazanmaq əlbəttə xoş olardı. Bunun üçün əlindən gələni edəcəm ki, komandama faydalı olum. Təbii ki, "Qarabağ" uğur qazanmaq üçün gəlmişəm".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər