"Qarabağ" UEFA reytinqində gerilədi

"Qarabağ" UEFA reytinqində gerilədi

Avrokuboklarda son turun oyunlarının nəticələri klubların UEFA reytinqində bəzi dəyişikliklərə səbəb olub.

Fanat.Az xəbər verir ki, yenilənən siyahıda Azərbaycan klublarının mövqeləri də bilinib.

Səfərdə “Elfsborq”a 0:1 hesabı ilə məğlub olan Azərbaycan çempionu “Qarabağ” 63-64-cü yerləri bölüşür. Qurban Qurbanovun komandasının hesabında 32,000 xal var. Ağdam klubu “Qarabağ” bir addım geriləyib. Belçikanın “Yunion” klubu xallarının sayını 33,000-a çatdırmaqla Azərbaycan çempionunu geridə qoyub. Daha bir komanda isə “Qarabağ”a şərik çıxıb. Belə ki, “Aston Villa”nın da hesabında 32,000 xal var. 

“Neftçi” 8,000 xalla 177-ci yerə şərikdir. Digər klublarımız – “Zirə”, “Sabah”, “Sumqayıt” 4,000 xalla 310-cu, “Qəbələ” və “Şamaxı” 3,925 xalla 323-cü yeri bölüşənlər arasındadır.

Qeyd edək ki, siyahıya 135,000 xala malik “Mançester Siti” başçılıq edir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər