UEFA-nın rəsmi saytı "Qarabağ"ın fotosunu manşetə yerləşdirib. Fanat.az xəbər verir ki, saytın Çempionlar Liqasının III təsnifat mərhələsində qarşılaşacaq cütlüklərlə bağlı xəbərinə təmsilçimizin fotosu qoyulub.
Fotoda "Qarabağ"ın üç futbolçusu - Reynaldo, Danilo Dias və Qara Qarayev görünür. Şəkil "Valletta" ilə oyunun 15-ci dəqiqəsində Reynaldo hesabı açarkən çəkilib.
Fanat.az