Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ilk yoxlama oyununa çıxıb. Fanat.az xəbər verir ki, Qurban Qurbanov yetirmələrini adlı-sanlı "Şaxtyor" klubu ilə oyunda sınayıb.
İlk yarıda əsas heyətlə oynayan "Qarabağ" nə özü qol vurub, nə də rəqibinə belə bir imkan verib. İkinci hissədə Qurban Qurbanov əksər aparıcı futbolçuları əvəzləyib. Nəticədə "Şaxtyor" iki qol vuraraq qələbə qazanıb - 2:0. Dontsk klubunun heyətində Fakundo Ferreyra dubl edib.
"Şaxtyor" klubu 1936-cı ildə yaradılıb. 78 yaşlı klub tarixi ərzində SSRİ çempionluğunu (2), kubokunu (4), Superkubokunu (1), Ukrayna çempionluğunu (9), kubokunu (9), Superkubokunu (5) və UEFA kubokunu (1) qazanıb. "Şaxtyor"a məşhur rumın mütəxəssis Mirça Luçesku başçılıq edir. O, 2004-cü ildən rəhbərlik etdiyi komanda ilə 19 kuboku qazanıb (Ukrayna çempionluğu 8, ölkə kuboku 5, Superkuboku 5, UEFA Kuboku 1).
Qeyd edək ki, bu gün "Şaxtyor"la qarşılaşacaq "Qarabağ" iyunun 28-də "Krosnodar" (Rusiya), iyulun 1-də "Vakker Burqausen" (Almaniya), 3 gün sonra "Viktoriya" (Çexiya) klubları ilə qarşılaşacaq.
Avstriya
Yoxlama oyunu
23 iyun
19.00 Qarabağ (Azərbaycan) - Şaxtyor (Ukrayna) 0:2
Qollar: Fakundo Ferreyra, 59; 67.
Qarabağ: İbrahim Sehiç (Fərhad Vəliyev), Maksim Medvedev (Bilal Abbaszadə), Ansi Aqoli (Tərlan Quliyev), Admir Teli (İlqar Qurbanov), Bədavi Hüseynov (Hacı Əhmədov), Qara Qarayev (Tural İsgəndərov//Toğrul Bilallı, 75), Riçard Almeyda (Muarem Muarem), Çumbinyo (Namiq Yusifov), Leroy Corc (Vüqar Nadirov), Danilo Dias (Cavid Tağıyev), Reynaldo (Tural Rzayev).
Şaxtyor: Rutas Xudjamov (Anton Kanibolotski), Bohdan Butko (Aleksandr Volovik), Aleksandr Kuçer (Vyaçeslav Şevçuk), Yaroslav Rakitski (Vasıl Kobin), Edvard Sable (Sergey Krivtsov), Taras Stepanenko (İvan Ordets), Dmitri Qreçişkin (Tomaş Hübşman), İsinyo (Yaroslav Rakitski, 70), Sergey Bolbat (Luiz Adriano, 60), Aleksandr Qladki (Fakundo Ferreyra), Luiz Adriano (Anton Şinder).
1 - Oyun başladı
10 - Hələki kəşfiyyat xarakterli oyun davam edir, bir qədər "Şaxtyor"un üstünlüyü hiss olunur.
12 - Reynaldo qapıçı ilə qarşı-qarşıya qaldı, amma zərbəsini qapıçı asanlıqla dəf etdi.
17 - Reynaldo qapıçınıda keçərək qapı qarşısına ötürmə verdi, amma Dias topu yaxşı qarşılaya bilmədi.
26 - Qarşılıqlı hücumlar şəraitində maçt davam edir, hələ ki qol yoxdu.
28 - Ansi Aqoli topu cərimə meydançasına tərəf göndərdi, amma "Şaxtyor" müdafiəsi Reynaldoya mane oldu.
31 - Riçard Almeydanın ötürməsindən sonra Danilo Dias oyundan kənar vəziyyətə düşdü.
32 - Leroy Corc cərimə zərbəsindən topu qapının üzərindən vurdu.
36 - "Şaxtyor" hesabda önə keçə bilərdi. Cərimə zərbəsindən ötürülən topu Luiz Adriano qapıya göndərə bilmədi.
38 - Luiz Adriano fəallığı sayəsində topu özündə bir qədər saxladı, amma sonda ötürməsi dəqiq olmadı.
40 - Son 4 dəqiqə "Şaxtyor"un üstünlüyü ilə keçib. Aramsız hücumlara baxmayaraq "Qarabağ"ın müdafiə xətti inamlı oyun sərgiləyib.
43 - Rokitskinin cərimə zərbəsinə doğru ötürməsini Stepanenko qapıya göndərə bilmədi.
45 - İlk hissə başa çatdı.
46 - İkinci hissə başladı.
50 - Ferreyranın ötürməsini İbrahim Sehiç qarşıladı və təhlükə sovuşdu.
54 - Vüqar Nadirov fəallığı ilə seçilir, amma topa nəzarəti itirməklə hücumunu yarıda qoydu.
59 - Və hesab açıldı. Müdafiədə kobud səhv nəticəsində Ferreyra hesabı topu tora qovuşdurdu.
60 - İkinci hissədə Fərhad Vəliyev, Tərlan Quliyev, Cavid Tağıyev, Tural İsgəndərov, Tural Rzayev, Vüqar Nadirov, Hacı Əhmədov, Namiq Yusifov, Muarem Muarem və İlqar Qurbanov oyuna çıxıb.
61 - Ferreyra sürətli keçidi ilə cərimə meydançamıza yaxınlaşdı, amma ötürməsi qeyri dəqiq oldu. İlqar Qurbanov topu ələ keçirərək yeni hücuma başladı.
67 - Künc zərbəsində ötürülən topu Ferreyra başla qapıya göndərdi.
70 - Luiz Adriano topu qapıdan keçirdi, amma yan xətt hakimi oyundan kənar vəziyyət qeydə alaraq qolu hesaba almadı.
73 - "Şaxtyor" künc zərbəsindən ev tapşırığı yerinə yetirdi. Uğurlu sonluq olmadı.
76 - Fərhad Vəliyev inamlı oyunu ilə komandasını 3-cü qoldan xilas etdi.
78 - Ferreyra özünün və komandasının 3-cü qolunu vura bilərdi, amma zərbəsi qeyri dəqiq oldu.
83 - Künc zərbəsindən verilən ötürməni Şinder qapının üzərindən vurdu.
88 - Şevçukun cərimə zərbəsindən ötürməsini Şinder qəbul etdi, amma zərbə qeyri-dəqiq oldu.
90 - Oyun başa çatdı.
Fanat.az