"Qarabağ" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

"Qarabağ" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

Ötən gün avrokuboklarda keçirilən oyunlardan sonra ölkələrin UEFA reytinqi yenilənib. 

Fanat.Az xəbər verir ki, Çempionlar Liqası və Konfrans Liqasının pley-offunda baş tutan matçlardan sonra bəzi ölkələrin xal hesabı və mövqeyi dəyişib. 

Konkret, Serbiya və Slovakiya irəliləyişə nail olub.

“Qarabağ” evdə Zaqreb “Dinamo”suna 0:2 hesabı ilə uduzduğu üçün Azərbaycanın xal hesabı dəyişməz qalıb. Ölkəmizin siyahıda tutduğu yer də dəyişməyib. Hesabında 18,875 xal olan Azərbaycan sıralamada 26-cı pillədədir.

Cari mövsümün qazancı 2,125-ə bərabərdir. Ölkə reytinqi üçün “Zirə” 1,000, “Qarabağ” 0,750, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.

Qeyd edək ki, reytinq cədvəlinə İngiltərə başçılıq edir – 89,303 xal.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər