Əvəzedici heyətlərin ölkə birinciliyində XXVIII turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Günün yeganə oyununda AZAL “Sumqayıt”ın qonağı olub. Qarşılaşma "təyyarəçilər"in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
İkinci oyun günündə daha iki qarşılaşma keçirilib. "Neftçi" "Xəzər Lənkəran"ı qəbul edib. Paytaxt klubu Emil Həsənzadənin tək qolu ilə qələbəni bayram edib - 1:0. "Bakı" isə eyni hesabla "Simurq"u yenib.
Tura bu gün yekun vurulub. Lider "İnter" ilk yarıda 2:0 hesablı qələbə qazandığı oyunda "Rəvan"la sülh bağlayıb - 2:2. "Qarabağ" isə "Qəbələ"ni 3:1 hesabı ilə yenib.
Əvəzedici heyətlər
2013/14 mövsümü
IV dövrə, XXVIII tur
27 mart
Sumqayıt - AZAL 1:3
Qollar: Ramil Orucov, 10 - Əbülfəz Hüseynli, 41. Elnur Şiriyev, 78 (avtoqol). Şəhriyar Rəhimov, 85.
28 mart
Bakı - Simurq 1:0
Qol: Vadim Abdullayev, 35.
Neftçi - Xəzər Lənkəran 1:0
Qol: Emil Həsənzadə, 12.
28 mart
İnter - Rəvan 2:2
Qollar: Mirsahib Abbasov, 41. Dieqo Madriqal, 45 - Yamin Ağakərimzadə, 60. Nihad Ağayev, 89.
Qarabağ - Qəbələ 3:1
Qollar: Tural Rzayev, 19. Tural İsgəndərov, 78. Fuad Məmmədzadə, 89 - Murad Musayev, 22.
| 1 | İnter | 28 | 16 | 6 | 6 | 76-40 | 54 |
| 2 | Qəbələ | 28 | 13 | 8 | 7 | 43-35 | 47 |
| 3 | Simurq | 28 | 12 | 9 | 7 | 47-34 | 45 |
| 4 | Xəzər L | 28 | 12 | 7 | 9 | 52-38 | 43 |
| 5 | Bakı | 28 | 10 | 10 | 8 | 39-41 | 40 |
| 6 | Neftçi | 28 | 10 | 8 | 10 | 47-49 | 38 |
| 7 | Rəvan | 28 | 8 | 13 | 7 | 41-39 | 37 |
| 8 | Qarabağ | 28 | 10 | 5 | 13 | 38-44 | 35 |
| 9 | AZAL | 28 | 7 | 5 | 16 | 39-64 | 26 |
| 10 | Sumqayıt | 28 | 5 | 3 | 20 | 30-68 | 18 |
Bombardirlər: Oruc Balaşlı (Simurq), Mirsahib Abbasov (İnter) - 16. Cavid Muxtarzadə (Neftçi) - 14. Ramil Mansurov (İnter), Tural İsgəndərov (Qarabağ) - 13. Ehtiram Şahverdiyev (Qəbələ) - 12. Nurxan Mənsimzadə (İnter) - 11.
Fanat.az