"Qarabağ" üçün "İmarət"dən super flaşmob - VİDEO

"Qarabağ" üçün "İmarət"dən super flaşmob - VİDEO

Ümumrusiya Dövlət Teleradio Verilişləri Şirkətinin (ÜDTVŞ) Azərbaycandakı təmsilçisi Şakir Eminbəyli daha bir yeniliklə futbol ictimaiyyətinin diqqətini çəkib. Fanat.az xəbər verir ki, o, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında "Qarabağ”lılara sürpriz edib. 

Milan "İnter”i ilə qarşılaşmaq üçün sentyabrın 29-da İtaliyaya yollanan futbolçuları yüksək motivasiya ilə yola salmaq məqsədi ilə flaşmob nümayiş olunub. Flaşmobda "Qarabağ”a azarkeşlik edən "İmarət” fan-klubu da iştirak edib. 

Bu flaşmobdan futbolçuların xəbəri olmayıb. 

Qeyd edək ki, "Qarabağ”ın Bakıda "Sent-Etyen”lə oyunu zamanı da Eminbəyli öz dəst-xətti ilə seçilmişdi. O, stadiona böyük bir bayraq gətirərək arenanda xoş görüntü yaratmışdı. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər