"Qarabağ" iki futbolçusundan şad xəbər alıb. Bu barədə Fanat.az-a klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.
İbrahimov bildirib ki, Rəşad Sadıqovla Maksim Medvedev oynamağa hazırdı: "Rəşadın dizində ağrılar olsa da, şükür ki, hər şey qaydasındadı. Maksimin isə "Qəbələ" ilə oyundan bir gün əvvəl tempraturu qalxmışdı. Artıq o da sağalıb. Hər iki futbolçu AZAL-a qarşı oynaya bilər. Heyətdəki yeganə problem Admir Telidi. "Qəbələ" ilə oyunda zədələnən müdafiəçimiz 3 həftə oynaya bilməyəcək".
Qeyd edək ki, "Qarabağ"ındigər zədəlisi Nikolas Gelaşvili də artıq sağalıb və AZAL-a qarşı oynaya biləcək.
Fanat.az