"Qarabağ" üçün Çexiyanın gümüş medalçısı

"Qarabağ" üçün Çexiyanın gümüş medalçısı
"Qarabağ"ın daha bir rəqibi müəyyənləşib. Fanat.az xəbər verir ki, Qurban Qurbanov yetirmələrini Çexiya klubu ilə oyunda sınayacaq.
Belə ki, "Qarabağ" "Viktoriya" ilə qarşılaşacaq. Avstriyada keçiriləcək qarşılaşmanın dəqiq vaxtı hələ məlum deyil.
Qeyd edək ki, "Viktoriya" 1911-ci ildə yaradılıb. 2  dəfə Çexiya çempionluğunu, 1 dəfə ölkə kubokunu və Superkubokunu qazanan Pilzen təmsilçisi son mövsümdə gümüş medallara sahib çıxıb.
Onu da qeyd edək ki, "Qarabağ" iyunun 23-də Donetsk "Şaxtyor"u, 5 gün sonra Rusiya "Krasnodar"ı ilə qarşılaşacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər