"Qarabağ" üçün əlamətdar tur

"Qarabağ" üçün əlamətdar tur
Premyer Liqanın XXVI turunun "İnter"lə oyunu "Qarabağ"ın yerli futbolçuları üçün əlamətdar olub. Fanat.az xəbər verir ki, Ağdam klubunun azərbaycanlı oyunçuları 2014-cü ilin ilk qoluna imza atıblar.
Leroy Corcun hesabı açdığı matçın 60-cı dəqiqəsində Vüqar Nadirov fərqi iki topa çatdırıb. Beləliklə, o, "Qarabağ"ın yeni ildə fərqlənən ilk yerli futbolçusu olub. Maraqlıdı ki, Vüqarın ayağı azərbaycanlı oyunçulara düşüb. Belə ki, 89-cu dəqiqədə adını tabloya yazdıran Maksim Medvedev bu siyahıda ikinci olub.
Qeyd edək ki, Nadirovun qolunadək "Qarabağ" 2014-cü ildə 14 dəfə topu rəqib qapısından keçirmişdi. Reynaldo Silva 6, Leroy Corc 5, Çumbinyo 2 qola imza atıb. Daha bir topu isə AZAL-ın üzvü Tural Nərimanov öz qapısından keçirib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər