Çempionlar Liqasının I və II təsnifat mərhələsində çıxış edəcək 37 komandadan 30-u müəyyənləşib. Fanat.az xəbər verir ki, mübarizəyə II təsnifat mərhələsindən başlayacaq "Qarabağ"ın 10 potensial rəqibinin adına aydınlıq gəlib.
I təsnifat mərhələsində 6 komanda mübarizə aparacaq və onlardan 3-ü mərhələ adlayacaq. Artıq bu mərhələdə çıxış edəcək 6 komandadan 5-i məlumdu. Yalnız San-Marinonu təmsil edəcək klub müəyyənləşməyib.
II təsnifat mərhələsində 34 komanda yarışacaq. Onlardan 31-i birbaşa, 3-ü I təsniyat mərhələsindən bura vəsiqə qazanacaq. Bu mərhələnin hələlik 6-sı məlum deyib. Belə ki, Polşa, Serbiya, Lüksemburq, Çernoqoriya, Macarıstan və Sloveniya çempionları müəyyənləşməyib.
Digər 25 ölkənin çempiondan 11-nin püşk zamanı "səpələnmişlər", 10-nun "səpələnməmişlər" səbətində yer alacağı dəqiqdi. "Qarabağ" güclülər - "səpələnmişlər" səbətində yer aldığından rəqibi "səpələnməmişlər"dən seçiləcək. Ağdam klubunun hələlik 10 potensial rəqibi bəllidi. Bu "onluğ"a I təsnifat mərhələsinin 3 qalibi, Lüksemburq və Çernoqoriya çempionları da qoşulacaq. Sloveniya və Macarıstanda indiki liderlərin müvafiq olaraq, "Maribor"la "Debretsen"in qalib gələcəyi halda, "Dinamo" (Gürcüstan) və "Malmö" (İsveç) potensial rəqiblərimizdən olacaq.
I təsnifat mərhələsi
Səpələnmişlər
Torshavn (Farer adaları), Levadiya (Estoniya), Santa Koloma (Andorra)
Səpələnməmişlər
Linkoln (Cəbəllütariq), Banants (Ermənistan), San-Marino çempionu
II təsnifat mərhələsi
Səpələnmişlər
Sytaua (Rumıniya), Seltik (Şotlandiya), BATE (Belarus), Sparta (Çexiya), Dinamo (Xorvatiya), Ludoqorets (Bolqarıstan), Makkabi (Təl-Əviv, İsrail), Şerif (Moldova), Slovan (Slovakiya), Aktobe (Qazaxıstan), Ventspils (Latviya), Qarabağ (Azərbaycan), HİK (Finlandiya), Polşa və Serbiya çempionları
Səpələnmişlər
Stromsqodset (Norveç), Reykyavik (İslandiya), Sent Patriks (İrlandiya), TNS (Uels), Skenderbeu (Albaniya), Zrinski (Bosniya və Hersoqovina), Valletta (Malta), Rabotniçki (Makedoniya), Jalgiris (Litva), Kliftonvill (Şimali İrlandiya), Lüksemburq və Çernoqoriya çempionları, I təsnifat mərhələsinin 3 qalibi
Qeyri-müəyyənlər
Dinamo (Tiflis, Gürcüstan), Malmö (İsveç), Macarıstan və Sloveniya çempionları
Fanat.az