"Qarabağ" testdən keçdi - FOTOLAR

"Qarabağ" testdən keçdi - FOTOLAR
"Qarabağ" hazırlıqlarını davam etdirir. Antalyada keçirilən təlim-məşq toplanışı çərçivəsində komanda bu gün səhər çalışmasına yerli vaxtla saat 11.00-da çıxıb.
Fanat.az-ın Antalyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, "Qarabağ"ın səhər məşqində ənənəvi olaraq laktat testi həyata keçirilib. Türkiyənin Niğde universitetindən gəlmiş xüsusi qrup futbolçulardan təlim-məşq toplanışının startında ümumi fiziki hazırlığı müəyyənləşdirmək üçün test götürüblər. Emin Süelin başçılıq etdiyi qrup müəyyənləşdirilmiş ərazidə futbolçuların qaçışla nəbzi arasında yaranmış təsbitə əsasən ümumi analitik ölçülər haqqında bilgilər əldə ediblər.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər