Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda səfərdə "Dnepr" üzərində qələbə qazanan "Qarabağ" tarixi ilklərə imza atıb. Fanat.az xəbər verir ki, Ağdam təmsilçisi Avrokubokların qrup mərhələsində qələbə qazanan ilk Azərbaycan klubu kimi tarixə düşüb.
Azərbaycan çempionu qrup mərhələsində səfərdə qələbə qazanan klub kimi də Azərbaycan futbol tarixinə adını yazdırıb.
Qurban Qurbanov isə hər rekordun memarı kimi tarixdə silinməz iz qoyub.
Qeyd edək ki, bunadək Azərbaycan klublarından yalnız "Neftçi" qrup mərhələsində iştirak edib, lakin keçirdiyi 6 qarşılaşmada qələbə üzünə həsrət qalıb.
Fanat.az