"Qarabağ" tanınmayan liqada çıxış etsə də..." - "Atletik"in yarımmüdafiəçisi

"Qarabağ" tanınmayan liqada çıxış etsə də..." - "Atletik"in yarımmüdafiəçisi

UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turu çərçivəsində dünən Bilbaoda "Qarabağ"ı 3:1 hesabı ilə məğlub edən "Atletik"in yarımmüdafiəçisi Roberto Navarro matç barədə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, orta xətt oyunçusu UEFA-nın saytına danışıb.

"Qarabağ" tanınmayan liqada çıxış etsə də, çox əla mübarizə aparan komandadır. Daha öncə "Benfika" və "Kopenhagen"i məğlub ediblər. Biz bu qarşılaşmada bir qədər əziyyət çəkdik. Amma üç xal qazandığımız üçün xoşbəxtik".

Xatırladaq ki, əvvəlki 2 matçda məğlub olan "Atletik" bu mövsüm ÇL-də ilk qələbəsini təmsilçimiz üzərində qazanıb.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər