"Qarabağ" tam heyətlə hazırlaşa bilmir

"Qarabağ" tam heyətlə hazırlaşa bilmir

"Qarabağ" "Rəvan"la oyunun hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, Premyer Liqanın XIV turunda Bakı klubunu qəbul edəcək ağdamlılar tam heyətlə hazırlaşa bilmir.

Milli komandaların düşərgəsində olan oyunçulardan başqa Rəşad Sadıqovla Admir Teli də komandan ayrı düşüb. Sadıqov belindən, Teli isə barmağından aldığı zədənin bərpası ilə məşğuldu. Albaniya millisinə yollanmış Ansi Aqolli isə artıq geri dönüb və komandanın hazırlıqlarında iştirak edir.

Yaranmış fasilədə yoxlama oyunu keçirməyən "Qarabağ" mövcud futbolçularla 2 tərəfli oyun keçirib. Suraxanıdakı məşq meydançasında baş tutan oyun 40 dəqiqlik 2 hissədən ibarət olub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər