"Qəbələ"nin sabiq hücumçusu Daniel Subotiç yenidən Azərbaycanda oynaya bilər. Fanat.az rekord.az-a istinadən xəbər verir ki, serbiyalı futbolçunun xidmətində "Qarabağ" maraqlıdır.
Qış fasiləsində səviyyəli hücumçu tapa bilməyən Ağdam klubu "Qəbələ"nin sabiq forvardını heyətinə qatmaq istəyir. Onsuz da Qətərdə işləri qaydasında getməyən Subotiç özü də yenidən Azərbaycanda oynamaq arzusundadı. Futbolçu Avropada oynayıb daha çox diqqət mərkəzində olmaq istəyir.
"Qarabağ"ın isə Çempionlar Liqasında oynamaq şansı xeyli yüksəkdir. Klub rəhbərliyinin yaxın günlərdə Subotiçlə danışıqlara başlayacağı gözlənilir.
Fanat.az