Avropa Liqasının qrup mərhələsi çərçivəsində sentyabrın 18-də baş tutacaq "Qarabağ" - "Sent-Etyen" (Fransa) oyununa təyinatlar açıqlanıb. Fanat.az xəbər verir ki, UEFA matçı şotland hakimlərə tapşırıb.
Matçı Stiven Maklean idarə edəcək. Ona Navin Harris və Françis Konnor yardımçı olacaq. Dördüncü hakim funksiyasını Alasdair Ross yerinə yetirəcək. Brian Kolvin və Andrev Dallas əlavə köməkçi hakimlərdi.
Hakimlərin işinə islandiyalı Gilfi Thor Orrason qiymət verəcək. UEFA nümayəndəsi isə belaruslu Sergey İliç olacaq.
Fanat.az