"Qarabağ" məşqlərə başlayıb. Fanat.az xəbər verir ki, Premyer Liqanın XVIII turunda "İnter"i qəbul edəcək Ağdam klubu Tofiq Bəhramov adına Respublika stadionunda məşqə çıxıb.
Dünən "Bakı"ya uduzan (1:2) "Qarabağ" vaxt itirmədən ilin son matçının hazırlıqlara start verib. Sonuncu qarşılaşmada müxtəlif səbəblərdən iştirak etməyən Rəşad Sadıqov, Riçard Almeyda və Reynaldo da məşqdə iştirak edib.
Fanat.az