"Qarabağ" səfərdə oynadığını hiss etməlidi"

"Qarabağ" səfərdə oynadığını hiss etməlidi"
"Mən bir dəfə “Qarabağ”a qol vurmuşam. Məşqçi etibar etsə, ümidlərini doğrultmağa çalışacağam. Ümid edirəm ki, sabah meydanı başıuca tərk edəcəyik". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Elvin Yunuszadə deyib.
Gənc futbolçu sabah "Qarabağ"la baş tutacaq oyunla bağlı fikirlərini bildirib: “Üç ildi ki, komandadayam. İndi çətin vəziyyətlə üzləşmişik. Qələbə qazanıb vəziyyəti düzəltmək istəyirik. Öz gücümüzə inanırıq. Sabah qələbə qazanmalıyıq. Rəqib asan rəqib deyil. Ancaq biz azarkeşlərimizi məyus etməməyə çalışacağıq. “Qarabağ” səfərdə oynadığını hiss etməlidi".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər