"Qarabağ" Salvador millisinin üzvünü istəyir

"Qarabağ" Salvador millisinin üzvünü istəyir

"Qarabağ"ın transfer etmək istədiyi futbolçulardan birinin kimliyi müəyyənləşib. Fanat.az xəbər verir ki, Ağdam klubu Nelson Bonillanı istəyir.

Salvador yığmasının üzvü 2015/16 "Zirə"də keçirən Bonilla Bakı klubu ilə müqaviləsinin müddətini bir il artırıb. Buna baxmayaraq, komandanı tərk edə bilər. Ona Azərbaycandan və xaricdən sərfəli təkliflər var. Bonillanı istəyən klub isə mövsümü "qızıl dubl"la başa vurmuş "Qarabağ"dı. Hazırda Salvador yığmasının düşərgəsində olan futbolçu hələ qərar verməyib.

Qeyd edək ki, Bonillanı istəyən xarici klublardan biri Serbiya "Partizan"ıdı. 

Onu da qeyd edək ki, 2015/16 mövsümündə Premyer Liqada keçirdiyi 29 oyunda 14 qol vuran futbolçu bombardirlər cədvəlində ikinci olub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər