"Qarabağ" ruslara uduzdu

"Qarabağ" ruslara uduzdu
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov bu gün yetirmələrini daha bir oyunda sınayıb.
"Qarabağ"ın rəqibi Rusiyanın Premyer Liqa təmsilçisi "Krasnodar" olub. Oyun rusların 1:0 hesablı qələbəsiilə başa çatıb. "Krasnodar"ın yeganə qoluna 47-ci dəqiqədə Adil Əhmədov imza atıb. 
"Krasnodar" futbol klubu 2008-ci ildə yaradılıb. 2010-cu ildə Premyer Liqaya vəsiqə qazanan komanda 2011/12 mövsümündə 9-cu, 2012/13 mövsümündə 10-cu pilləni tutub. 2013/14 mövsümünü 5-ci pillədə tamamlayan "Qarabağ"ın rəqibi tarixində ilk dəfə Avropa Liqasına vəsiqə qazanıb. "Krasondar" turnirdə mübarizəyə III təsnifat mərhələsindən başlayacaq. Komandaya Oleq Kononov başçılıq edir. "Krasnodar"ın heyətində Özbəkistan, Belarus, Polşa, İsveç, Braziliya, Kolumbiya, İslandiya, Yunanıstan və Ukraynadan legionerlər çıxış edir.
Qeyd edək ki, "Qarabağ" ilk yoxlama matçını Ukrayna çempionu "Şaxtyor"a qarşı keçirib. Oyune Donetsk təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yoxlama oyunu
28 iyun
Qarabağ (Azərbaycan) - Krasnodar (Rusiya) 0:1
Qarabağ: İbrahim Şehiç, Ansi Aqolli, Admir Teli, Bədavi Hüseynov, Maksim Medvedev, Qara Qarayev, Riçard Almeyda, Çumbinyo, Leroy Corc Danilo Dias, Reynaldo. 
Qol: Adil Əhmədov, 47.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər