Antalyada təlim-məşq toplanışında olan "Qarabağ"ın düşərgəsinə yeni futbolçu qoşulub. Fanat.az-ın Türkiyəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, Fərhad Qıstarov Ağdam klubunun düşərgəsindədi.
Rusiyalı futbolçu artıq hazırlıqlara başlayıb. O, komandanın bu günkü məşqinə qatılıb. Qurban Qurbanov Fərhadla bağlı qərarını yaxın günlərdə verəcək.
Qeyd elək ki, 19 yaşlı mərkəz yarımmüdafiəçisi Rusiyanın ikinci liqasında çıxış edən "Qazprom Transqaz"ın formasını geyinir. O, Stavropol təmsilçisinin heyətində iki mövsümdə 49 oyunda 2 qol vurub. Fərhad "Qazprom Transqaz"dan əvvəl "SKA Rostov-on-Don"da forma geyinib.
Fanat.az