"Qarabağ" rəqib axtarışını davam etdirir. Fanat.az xəbər verir ki, Ağdam klubunun Antalyada yoxlama oyunu keçirəcəyi iki rəqib hələ bəlli deyil.
Hazırda "Qarabağ" Rusiya və Ukrayna klubları ilə danışıqlar aparır. Rəqiblərin kimliyinə yaxın günlərdə aydınlıq gələcək.
Qeyd edək ki, "Qarabağ" yanvarın 7-dən 26-dək Antalyada təlim-məşq toplanışı keçəcək. "İC Santai" otelində məskunlaşacaq ağdamldılar yanvarın 19-da Buxarest "Dinamo"su, 4 gün sonra Qazaxıstan "Spartak"ı (Semey) ilə qarşılaşacaq.
Fanat.az