"Qarabağ" Rumıniya çempionuna uduzdu - TAM VİDEO

"Qarabağ" Rumıniya çempionuna uduzdu - TAM VİDEO
Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün ikinci yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, Aərbaycan çempionu Rumıniya çempionatının qalibi "Styaua" ilə qarşılaşıb.
Oyun Avstriyanın Kössen qəsəbəsinin stadionunda baş tutub. Hesabı 2-ci dəqiqəqdə Nikolae Stankiu açıb. 4 dəqiqə sonta Reynaldo Silva bərabərliyi təmin edib. 57-ci dəqiqədə Aleksandru Tudore yenidən rumınları hesabda önə keçirib. 84-cü dəqiqədə Namiq Ələsgərov oyunda bərabərlik yaratsa da, "Styaua" son dəqiqədə qələbə qolunu vurub. Vlad Mihalkea Rumıniya çempionuna qələbə qazandırıb - 3:2.
Qeyd edək ki, "Qarabağ" ilk oyununu yerli "Horn"a qarşı keçimiş və 3:4 hesabı ilə uduzmuşdu. Təmsilçimiz son oyununu iyulun 7-də "Lokomotiv"ə (Rusiya) qarşı keçirəcək.
Avstriya
Yoxlama oyunu
3 iyul
Qarabağ - Styaua 2:2
Qollar: Reynaldo Silva, 6. Namiq Ələsgərov, 84 - Nikolae Stankiu, 2. Aleksandru Tudore, 57. Vlad Mihalkea, 90.
Avstriya. Kössen qəsəbə stadionu. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər