Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq "İnter" - "Qarabağ" matçı Avropa mediasının diqqətindən kənarda qalmayıb. Fanat.az xəbər verir ki, dünyanın ən məşhur qəzetlərindən biri olan "La Qazzetta dello Sport" komandamızdan yazıb.
Qəzet "Qarabağ"la bağlı geniş yazı hazırlayıb. "Qarabağ" - ruhlar şəhərinin komandası" adlanan yazıda klubun Adil Nadirov tərəfindən təsis olunduğu qeyd edilib, Ermənistanın Ağdamı işğal etməsindən sonra “Qarabağ”ın ev oyunlarını Bakıda keçirdiyi yazılıb. Həmçinin klubun doğma meydanda son oyununu 1993-cü ilin mayın 9-da “Xəzər”ə qarşı keçirdiyi vurğulanıb. "La Qazzetta dello Sport" həmin matçda Müşfiq Hüseynovun qol vurduğunu, baş məşqçi Allahverdi Bağırovun müharibədə şəhid olduğunu qeyd elib.
Fanat.az