"Qarabağ" Riçardı itirdi

"Qarabağ" Riçardı itirdi

"Qarabağ" ciddi itki ilə üzləşib. Fanat.az хəbər verir ki, baş məşqçi Qurban Qurbanov Riçard Almeydanın хidmətindən məhrum olub.

Braziliyalı futbolçu cəzalı duruma düşüb. Belə ki, "İnter"lə matçın 11-ci dəqiqəsində sistematik qayda pozuntusuna görə cəzalanan Riçard sarı vərəqə limitini doldurub. Bu onun mövsüm ərzində 4-cü "sarı"sı olduğundan XXVIII turun "Bakı" ilə oyununu buraхacaq.

Qeyd edək ki, Riçard bundan əvvəl "Qəbələ", "Neftçi" və "Xəzər Lənkəran"la oyunlarda sarı vərəqə almışdı.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər