"Qarabağ" Reynaldonu satır?

"Qarabağ" Reynaldonu satır?
"Reynaldo heç yerə getmir, hələ 3 il bizdədi". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib. 
Mətbuatda Reynaldonun Birləşmiş Ərəb Əmirliklərinin bir klubundan təklif alması xəbərinə münasibət bildirən “Qarabağ” rəsmisi yayılan məlumatların şaiyə olduğunu söyləyib: "Reynaldoya nə Birləşmiş Ərəb Əmirliyinin klubundan, nə də ki, başqa klubdan təklif gəlməyib, heç maraqlanan da yoxdu. Ötən mövsüm “Zalsburq”, “Ayntraxt” və s. kimi klublar maraqlanırdı və bunu da açıqlamışdıq. İndi isə Reynaldo ilə 3 illik müqaviləmiz var və “Qarabağ”ın uğurları üçün çalışacaq”.
Qeyd edək ki, braziliyalı ulduz Reynaldo Silva 2013-cü ildən “Qarabağın şərəfini qoruyur. “Anderlext”dən “Qarabağ”a keçən futbolçu 64 oyuna 34 qol vurub. Futbolçu xüsusilə Avropa Liqasında göstərdiyi oyunlar azarkeşlərin rəğbətini qazanıb.//anspress
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər