"Qarabağ" rəsmisi: "Zalsburq" Reynaldo ilə maraqlanıb"

"Qarabağ" rəsmisi: "Zalsburq" Reynaldo ilə maraqlanıb"
"Qarabağ"ın aparıcı futbolçusu Reynaldo Silva karyerasını İspaniya La Liqasında davam etdirə bilər. “Fichajes.net”in verdiyi məlumata görə, ötən mövsüm primeronu 10-cu pillədə bitirən "Levante" braziliyalı futbolçunu heyətinə qatmağı planlaşdırır.
 
Məlumatda bildirilir ki, 25 yaşlı futbolçunun transferi uğrunda Avstriyanın "Zalsburq", Almaniyanın "Ayntraxt" klubu ilə mübarizə aparacaq.
 
Məsələ ilə bağlı “Qarabağ”la əlaqə saxladıq. Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bunları dedi: “Reynaldo üçün klublardan təkliflər var. Amma onun bizimlə müqaviləsi var. Avropada tüğyan edən futbolçu ilə maraqlanmaları tam normaldı. Belə deyərdim, “Zalsburq” oyundan sonra Reynaldo ilə maraqlanıb. Amma kluba bu barədə rəsmi olaraq heç nə daxil olmayıb. “Ayntraxt” isə ötən ilki oyundan etibarən onunla daha ciddi şəkildə maraqlanıb. Reynaldonu köhnə baş məşqçi də istəyirdi, yenisi də...”
publika.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər