“Qarabağ”da gözlənilməz kadr dəyişikliyinin baş verməsi barədə xəbərlər yayılıb. Belə ki, klubun prezidenti Abdulbari Gözəl və vitse-prezidenti Tahir Gözəlin vəzifələrindən getdiyi iddia olunub. Məsələ burasındadı ki, Abdulbari Gözəlin özü Ağdam komandasının təsisçiliyindən çıxmaq qərarına gəlib. Onun hansı səbəbdən belə addım atdığı bilinmir.
Abdulbari Gözəl yerinə əvəzləyici də tapıb. “Azersun Holding” şirkətlər qrupunun digər türk rəsmisi klubun təsisçilərindən biri olub. "Qarabağ"ın prezidenti vəzifəsində fəaliyyətini davam etdirən Tahir Gözəli vitse-prezidentlikdən kənarlaşdırıb.
Klubun direktoru Əmrah Çəlikəl isə öz vəzifəsində saxlanılıb. Məsələni ayınlaşdırmaq üçün klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla əlaqə saxladıq. Klub rəsmisi xəbərin tamamilə əsassız olduğunu bildirib: “Tamamilə yanlış xəbərdi. Abdulbari Gözəl öz vəzifəsini icra etməkdə davam edir. Tahir Gözəl də həmçinin. O, klubumuzun vitse-prezidentidi. Hətta Tahir Gözəl “Qarabağ”ın AZAL-la oyununu izləməyə gəlmişdi”.
publika.az