"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizlinin "Futbol+" qəzetinə müsahibəsində səsləndirdiyi fikirlərə münasibət bildirib. Fanat.az klub rəsmisinin "Facebook" səhifəsində yaydığını təqdim edir:
"Fatih Terimdən daha üstün, daha başarılı saydığım Mustafa Dənizli "Futbol+"ə "Neftçi" və "Qarabağ"ın Super Liqada heç ilk "altılığ"a düşə bilməyəcəyini deyib, "Qarabağ"ı 15-ci yerdə gedən "Elazığspor"la müqayisə edib. Hocam, bu sənin şəxsi düşüncəndi, amma əmin ol ki, sənin "Elazığspor"un İtaliyada "İnter"lə 2:2 oynasaydı və ya 10 yerli futbolçuyla "Rusenborq"u sıradan çıxarsaydı, vallah, o zaman "Elazığspor"u "Real"la, "Barselona", "M.Y." ilə müqayisə edərdiniz. Məşqçiləriniz xalq qəhrəmanı, komandanıza isə...
"Xəzər Lənkəran" kimi ölkənin ən böyük futbol camiəsi olan klub elə bu heyətlə, elə yerli stadionu doldurmaqla belə, inandırım sizi, "Elazığspor"dan daha yaxşı çıxış edər. Əminəm buna.
Bu gün "Neftçi" və "Qarabağ" Super Liqada bu heyətlə, amma heç demirəm, 15 min insan qarşısında oynasa, nəinki "altılıq", hətta ilk "üçlük" uğrunda mübarizə aparar.
Amma, bu da var ki, nə qədər insanımız UEFA-nən rəsmən cəzalandırdığı (!), sağlam rəqabətə çoxdan tüpürən (!!) "Qalatasaray", "Fənərbaxça", "Beşiktaş"ı özünküləşdirəcək, onları rənginə tutulub əvəzində öz komandalarımızın uğurlarına "alqı-satqı" və başqa damğa vuracaq, biz də "Elazığspor"la müqayisə olunacağıq.
Bilirsiz niyə çempionluq üçün mübarizə apara bilməz? Çünki, UEFA cəzalalandırdığı (bu qurum əlində dəqiq dəlil olmasa) bu klublar dirəniblərsə ki, tərtəmizik bizimkilərin, hətta "Bavariya"nında da çempion olmaq şansı yoxdu.
P.S. "Qarabağ"ın "Tvente" ilə Bakıdakı oyundan sonra holland jurnalistlərdən biri dedi ki, bu komanda Hollandiya Erediviziyasında ilk "5" üçün mübarizə aparacaq gücdədi. Bunu eşidən yetərincə məşhur jurnalistimiz dedi ki, "Bunun futboldan baş çıxmır ki?"
P.P.S. Görəsən, "Elazığspor" Hollandiyada neçənci yeri tutar?