"Qarabağ" - "Zirə" matçının biletləri satışda

"Qarabağ" - "Zirə" matçının biletləri satışda

Misli Premyer Liqasının 29-cu turu çərçivəsində aprelin 6-da keçiriləcək “Qarabağ” - “Zirə” matçının biletləri sabah saat 12:00-dan satışa çıxarılacaq.

Fanat.Az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.

Biletlərin qiyməti isə 3, 7 və 15 manat aralığındadır.

Biletlər sabah iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.

Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq. Qarşılaşma saat 19:30-da başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər