Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılıb. Fanat.az xəbər verir ki, Bakı vaxtı ilə saat 15.00-da UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında başlayan mərasimdə "Qarabağ"ın da potensial rəqibi müəyyənləşib.
II təsnifat mərhələsi başa çatmadığından püşkdə cütlər iştirak edib. Belə ki, səbətdən "Qarabağ" deyil, "Valletta" - "Qarabağ" cütü çıxıb. Püşk Azərbaycan çempionunun yer aldığı cütü Avstriyanın "Zalsburq" klubu ilə üz-üzə qoyub.
Türkiyənin turnirdəki təmsilçisi "Beşiktaş" Hollandiyanın "Feyenoord" klubuna rəqib olub.
Qeyd edək ki, ilk oyunda "Qarabağ" 1:0 hesabı ilə qələbə qazanıb. Cavab qarşılaşması iyulun 22-də baş tutacaq və saat 21.30-da start götürəcək.
Çempionlar Liqası
III təsnifat mərhələsi
Valletta (Malta)//Qarabağ (Azərbaycan) - Zalsburq (Avstriya)
Kliftonvill (Şimali İrlandiya)//Debretsen (Macarıstan) - BATE (Belarus)//Skenderbeu (Albaniya)
Slovan (Slovakiya)//TNS (Uels) - Şerif (Moldova)//Sutyeska (Çernoqoriya)
Olborq (Danimarka) - Dinamo (Xorvatiya)//Jalgiris (Litva)
Legiya (Polşa)//Sent Patriks (İrlandiya) - Reykyavik (İslandiya)//Seltik (Şotlandiya)
Dinamo (Gürcüstan)//Aktobe (Qazaxıstan) - Stromsqodset (Norveç)//Styaua (Rumıniya)
Jrinski (Bosniya və Herseqovina)//Maribor (Slovaniya) - Santa Koloma (Andorra)//Makkabi (Təl-Əviv, İsrail)
Rabotniçki (Makedoniya)//HİK (Finlandiya) - APOEL (Cənubi Kipr)
Sparta (Çexiya)//Levadiya (Estoniya) - Malmö (İsveç)//Ventspils (Latviya)
Ludoqorets (Bolqarıstan)//Düdelanj (Lüksemburq) - Partizan (Serbiya)//Torşavn (Farer adaları)
AEL (Cənubi Kipr) - Zenit (Rusiya)
Dnepr (Ukrayna) - Kopenhagen (Danimarka)
Feyenoord (Hollandiya) - Beşiktaş (Türkiyə)
Qrasshoppers (İsveçrə) - Lill (Fransa)
Standard (Belçika) - Panatinaikos (Yunanıstan)
Fanat.az