"Qarabağ" sabah Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçı çərçivəsində Avstriyanın "Zalsburq" klubunun qonağı olacaq. "Red Bull Arena"da baş tutacaq matç Bakı vaxtı ilə saat 23.30-da başlayacaq.
"Qarabağ" meydana iki ciddi itki ilə çıxacaq. Belə ki, ilk oyunda qırmızı vərəqə alan Admir Teli və komandanın qol ümidi Reynaldo cavab matçını buraxmalı olacaq.
Fanat.az bunu nəzərə alaraq "Qarabağ"ın start heyətini müəyyənləşdirməyə çalışıb. Böyük ehtimalla Qurban Qurbanov Teli və Reynaldonun əvəzinə start heyətində Rəşad Sadıqovla Vüqar Nadirovu meydana buraxacaq. Rəşad artıq zədəsini tam olaraq sağaldıb və "Zalsburq"la ilk oyunun 57-ci dəqiqəsində meydana çıxıb. Vüqar isə "Valletta" ilə ilk matçın 87-ci, cavab görüşünün 46-cı dəqiqəsində mübarizəyə qoşulub.
İbrahim Şehiç, Ansi Aqolli, Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Qara Qarayev, Riçard Almeyda, Danilo Dias, Leroy Corc, Çumbinyo, Vüqar Nadirov.
Fanat.az