"Qarabağ" "Zalsburq"a meydan oxudu: 2 "qırmızı", 4 qol

"Qarabağ" "Zalsburq"a meydan oxudu: 2 "qırmızı", 4 qol
Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Fanat.az xəbər verir ki, "Qarabağ" doğma meydanda Maltanın "Valletta" klubunu qəbul edib.
Səfərdə 1:0 hesablı qələbə qazanan Azərbaycan çempionu evdə darmadağına sevinib - 4:0. Hesabı 15-ci dəqiqədə Reynaldo açıb. 48-ci dəqiqədə fasilədə meydana çıxan Vüqar Nadirov Çumbinyonun fərqlənməsinə şərait yaradıb. 57-ci dəqiqədə İlqar Qurbanovun ötürməsini Danilo Dias qola çevirib. 80-ci dəqiqədə isə Vüqar Nadirovun ikinci məhsuldar ötürməsindən Leroy Corc yararlanaraq, matçın hesabını müəyyənləşdirib. 
Qeyd edək ki, "Qarabağ" III təsnifat mərhələsində Avstriyanın "Zalsburq" klubu ilə qarşılaşacaq.
Çempionlar Liqası
II təsnifat mərhələsi
Cavab oyunu
Qarabağ (Azərbaycan) - Valletta (Malta) 4:0
Qol: Reynaldo, 15. Vüqar Nadirov, 48. Danilo Dias, 56. Leroy Corc, 80.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 9. Reynaldo (17. Vüqar Nadirov, 46), 11. Danilo Dias, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda (7. Namiq Yusifov, 75), 24. Admir Teli (k), 25. Ansi Aqolli (3. Tərlan Quliyev, 81), 41. Leroy Corc, 55. Bədavi Hüseynov, 70. Çumbinyo.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 5. Maksim Medvedev, 6. Hacı Əhmədov, 10. Muarem Muarem.
Baş məşqçi: Qurban Qurbanov.
Valletta: 28. Nikki Vella, 2. Conatan Karuana, 3. Yan Azzopardi, 6. Rayan Fenek (k), 8. Faria, 10. Roderik Briffa, 15. Lateef Elford-Alliyu (9. Rafael Kooh-Sohna, 57), 18. Şaun Baxada, 24. Yan Zammit (11. Luke Montebello, 70), 30. Abdelkarim Nafti (14. Hamid Alkamali, 85), 36. Luke Dimeş.
Ehtiyat oyunçular: 1. Yenz Sini, 17. Sirac Arab, 25. Adrian Zahra.
Baş məşqçi: Jilbert Acius.
Sarı vərəqələr: Leroy Corc, 73 - Şaun Baxada, 17. Luke Dimeş, 60. Faria, 73.
Qırmızı vərəqələr: Conatan Karuana, 19. Rayan Fenek, 83.
Hakimlər: Sergey Sinkeviç, Yevgeni Ramanau, Vitali Maliutsin, Denis Şerbakov (Belarus).
UEFA nümayəndəsi: Adrian İxari (Makedoniya).
Hakim-inspektor: Levan Paniaşvili (Gürcüstan).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
MATÇDAN DƏQİQƏLƏR
I hissə 
1 - Oyun başladı.
15 - QOOOL! Reynaldo hesabı açdı.
17 - Matçın ilk sarı vərəqəsi Şaun Baxadaya göstərildi.
19 - Reynaldo qapıçı ilə üzbəüz qaldı, amma ona qarşı kobudluq edildi və Conatan Karuana meydandan qovuldu.
20 - Çumbinyonun təhlükəli cərimə zərbəsi qapıdan aralı keçdi.
31 - Danilo Diasa qarşı cərimə meydançasında kobudluq oldu, amma hakim davam işarəsi göstərdi.
36 - Danilo Diasın cərimə meydançasına doğru ötürməsinin rəqib müdafiəçilər çətinliklədə olsun uzaqlaşdıra bildi.
43 - "Valletta"nın nadir hücumlarından biri qapıya zərbə ilə tamamlansa da, İbrahim Şehiç inamlı çıxışı ilə zərbənin qarşısını aldı.
H/T: İlk yarı bitdi
II hissə
46 - İkinci yarı başladı. 
46 - Qurban Qurbanov ilk əvəzləmədən istifadə etdi və Reynaldonun əvəzinə Vüqar Nadirov meydana daxil oldu.
48 - QOOOL! "Qarabağ" ikinci qolu vurdu. Vüqar Nadirovun ideal ötürməsini Çumbinyo gözəl qolla tamamladı.
57 - QOOOL! İlqar Qurbanovun ötürməsini Danilo Dias qola çevirdi. Braziliyalı "Qarabağ"da qol hesabını açdı.
57 - Rəqibin heyətində Lateef Elford-Alliyunun yerinə Rafael Kooh-Sohna meydana çıxdı.
60 - "Valletta"nın heyətində Luke Dimeş sarı vərəqə aldı. 
70 - "Qarabağ"ın aramsız hücumları davam edir. Danilo Dias bir neçə dəfə qol şansı əldə etsə də, bundan yararlana bilməyib.
70 - "Valletta"da Yan Zammiti Luke Montebello əvəzlədi.
73 - Hakim "Qarabağ"dan Leroy Corcla "Valletta"dan Farianı sarı vərəqə ilə cəzalandırdı.
75 - Riçard Almeydanın əvəzinə meydana Namiq Yusifov daxil oldu.
80 - QOOOL! "Qarabağ" 4-cü qolu vurdu. Vüqar Nadirovun ikinci məhsuldar ötürməsini Leroy Corc qola çevirdi.
81 - Ansi Aqollini Tərlan Quliyev əvəzlədi.
83 - "Valletta" meydanda 9 nəfərlə qaldı. Bu dəfə kapitan Rayan Fenek meydandan qovuldu.
85 - "Valletta"nın baş məşqçisi Abdelkarim Naftini Hamid Alkamali ilə əvəzlədi.
90+1 - Leroy Corc dublunu rəsmiləşdirmək şansından yararlana bilmədi.
F/T: Matç bitdi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər