"Qarabağ" - "Zalsburq" oyunu ukraynalılara əmanət

"Qarabağ" - "Zalsburq" oyunu ukraynalılara əmanət
Çempionlar Liqasının III təsnifat mərhələsində baş tutacaq "Qarabağ" (Azərbaycan) - "Zalsburq" (Avstriya) oyununa təyinatlar açıqlanıb. Fanat.az xəbər verir ki, UEFA iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşü ukraynalı hakimlərə tapşırıb.
Matçın baş hakimi Sergey Boyko olacaq. Ona Aleksandr Voytyuk və Oleq Pluznyuk yardım edəcək. Dördüncü hakim hakim funksiyasını Anatoli Abdula yerinə yetirəcək.
Oyunun UEFA nümayəndəsi Oğuz Sarvan (Türkiyə), hakim-inspektoru isə Kuanış Kanapyanovdu (Qazaxıstan). 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər