"Qarabağ" "Xəzər Lənkəran"ın hücumçusunu alır?

"Qarabağ" "Xəzər Lənkəran"ın hücumçusunu alır?
Qış transfer pəncərəsinin açılmasına hələ bir müddət zaman var. Amma artıq bəzi informasiyalar yayılmayağa başlayıb.
Fanat.az xəbər verir ki, "Qarabağ"ın "Xəzər Lənkəran"dan Ağabala Ramazanovu heyətinə qatmaq istəməmi barədə xəbərlər yayılıb. Gənc hücumçunun hələ Lənkəran klubu ilə müqaviləsi olsa da, Ağdam təmsilçisi transferi gerçəkləşdirməkdə israr edir. Hazırda tərəflər arasında danışıqlar aparılır.
"Qarabağ"dan Ramazanovun maraq dairələrində olmaları barədə xəbəri təsdiq etsələr də, ətraflı açıqlama verilməyib.
Qeyd edək ki, Ağabala "Xəzər Lənkəran"a "Neftçi"dən keçmişdi. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər