Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşü çərçivəsində baş tutacaq "Qarabağ" (Azərbaycan) - "Valletta" (Malta) oyununun bütün təyinatları açıqlanıb. Fanat.az xəbər verir ki, qarşılaşmanı Avstriyadan olan hakimlər briqadası idarə edəcək.
Matçda ədaləti Aleksandr Harkam qoruyacaq. Ona Andreas Vitsşiglə Andreas Staudinger yardım edəcək. 4-cü hakim funskiyasını Rene Aysner yerinə yetirəcək.
Görüşün UEFA nümayəndəsi Adrian İxari (Makedoniya), hakim-inspektor isə Levan Paniaşvili (Gürcüstan) təyin olunub.
Fanat.az