“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Hollandiya “Tvente”sinə qarşı keçirəcəyi ilk matçın vaxtı açıqlanıb. Fanat.az xəbər verir ki, avqustun 21-də Bakıda keçiriləcək ilk qarşılaşma yerli vaxtla saat 21.00-da start götürəcək.
Qeyd edək ki, bu komandalar arasındakı cavab görüşü avqustun 28-də Enshededə baş tutacaq. Matçın başlama saatı hələ müəyyənləşməyib.
Fanat.az