"Qarabağ" - "Tvente" oyununda örtük əla vəziyyətdə olmayacaq"

"Qarabağ" - "Tvente" oyununda örtük əla vəziyyətdə olmayacaq"

Premyer Liqanın II turu çərçivəsində baş tutacaq "Qarabağ" - "İnter" oyunu "Respublika" stadionunda baş tutmaya bilər. Bunu Fanat.az-a verdiyi açıqlamada stadionun direktoru Akif İsmayılov bildirib.

O, görüşün ölkənin baş arenasında keçirilməyə bilməsinin səbəbini bu cür açıqlayıb: "Qazona yeni toxum səpmişik. Qarşılaşma avqustun 16-da baş tutmalıdı. Bundan 5 gün sonra "Qarabağ" Avropa Liqasının "play-off" mərhələsində Hollandiyanın "Tvente" klubunu qəbul edəcək. Belədə, örtük bir qədər korlana bilər. Lakin Ağdam təmsilçisi həm "İnter"lə, həm də hollandlarla oyunu stadionumuzda keçirmək istəsə, buna əngəl olmayacağıq. Xeyli müddət əvvəl klub rəhbərliyi ilə bu barədə söhbətim olub. Ancaq bir daha təkrar edirəm, istəsələr, hər iki oyunu arenamızda keçirə bilərlər. Sadəcə, belədə, "Tvente" ilə qarşılaşmaya ot örtüyü lap əla vəziyyətdə olmayacaq".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər