"Qarabağ" - "Tvente": 5 min bilet satılıb

"Qarabağ" - "Tvente": 5 min bilet satılıb

Avropa Liqasının pley-off mərhələsində Hollandiyanın "Tvente" klubunu ilk oyunda Tofiq Bəhramov adına "Respublika" stadionda qəbul edəcək Ağdamın "Qarabağ" klubu biletləri satışa çıxarıb. Fanat.az xəbər verir ki, oyuna artıq 5 bilet satılıb.

Satışı mərhələli şəkildə həyata keçirən Azərbaycan çempionu, hələ ki, 21500 bileti dövriyyəyə buraxıb.

Ümumilikdə isə 30 min biletin satılması gözlənilir.

Qeyd edək ki, "Qarabağ" - "Tvente" görüşü avqustun 21-də saat 21:00-da start götürəcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər